“Nardaran hadisələri bağlı daha bir qrupun işi məhkəmədə

“Nardaran hadisələri bağlı daha bir qrupun işi məhkəmədə

Nardaran qəsəbəsində baş verən olaylara görə həbs olunan daha 12 məhbusun işi məhkəməyə göndərilib. Bunu Turan-a həmin şəxslərin vəkillərindən Fariz Namazlı bildirib.
 
Vəkil məhkəmənin nə zaman keçiriləcəyinin bəlli olmadığını bildirib. 
 
F.Namazlının sözlərinə görə, cinayət işləri məhkəməyə göndərilən nardaranlılar Elçin Qasımov, Ağa-Əli Yəhyayev, Nahid Qəhrəmanov, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Alış Vüsal,İsa İbrahimov Seymur Aslanov, Əli Şahbazov və Əmirəli Əliyevdir.
 
Adları çəkilən şəxslərə Cinayət Məcəlləsinin cinayətə hazırlıq, terrorçuluq, kütləvi iğtişaş və digər maddələri ilə ittiham irəli sürülüb.(contact.az)
 

Google+ WhatsApp ok.ru