Nardaran işi üzrə 18 nəfər barəsində hökmün bu gün elan olunacağı gözlənilir

Nardaran işi üzrə 18 nəfər barəsində hökmün bu gün elan olunacağı gözlənilir

Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrliyi ilə Nardaran işi üzrə 18 nəfər barəsində hökmün yanvarın 25-də səhər saat 10-da elan olunacağı gözlənilir.
 
Qrupun üzvlərinə dövlət ittihamçısı uzunmüddətli cəzalar, 'Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırova isə ömürlük həbs istəyib.
 
Xatırladaq ki, keçən il noyabrın 26-sı güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Həmin əməliyyatda iksi polis olmaqla, 6 nəfərin öldüyü bildirilir. Rəsmi məlumata görə, hazırda Nardaran hadisələri ilə bağlı 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında 87 nəfər göstərilir) şəxs həbsdədir.
 
Onlardan daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Onlara 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası verilib. Daha iki qrupun isə ayrılıqda məhkəməsi gedir. (contact)
 

Google+ WhatsApp ok.ru