Natiq Kərimovun cinayət işi məhkəməyə göndərilib

Natiq Kərimovun cinayət işi məhkəməyə göndərilib

Nardaran sakini Natiq Kərimovun barəsində olan cinayət işi üzrə materiallar baxılmaq üçün məhkəməyə göndərilib.
 
Bu barədə APA-ya N. Kərimovun vəkili Əyyub Ələkbərov məlumat verib. Vəkilin sözlərinə görə, o və müvəkkili cinayət işinin materialları ilə tanış olub, ittiham aktı istintaq orqanı tərəfindən təsdiqlənib və Bakı Ağır Cinayət Məhkəməsinə göndərilib. Yaxın günlərdə cinayət işi üzrə məhkəmə prosesi başlayacaq. 
 
Qeyd edək ki, N. Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində saxlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
 
Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. /

Google+ WhatsApp ok.ru