Nazirlərin həbsi üçün daha nə olmalıdır?

Əyyub Kərimov: `Bu şəxslər azadlıqda qaldıqca dövlətə, hüquq xəttinə daha çox ziyan vurulur`

MTN işi ilə bağlı cərəyan edən proseslər iki nazirlikdə rəhbər strukturda çalışanların həbsi ilə nəticələndi. Cərəyan edən proseslər nəticəsində MTN və Rabitə Nazirliyindən yüksək çinli məmurlar uzaqlaşdırılıb. Amma həmin nazirliklərin başçıları onların işçilərinə göstərilən “diqqətdən” kənarda qalıb.
 
Bəs baş verənlərə görə nazirlər Eldar Mahmudov və Əli Abbasov hansı məsuliyyəti daşıyırlar? Rəhbər strukturlarda çalışanların həbsinin fonunda nazirlərin azadlıqda qalması mümkündürmü?
 
Bu şəxslərin hələ də həbs olunmamasının səbəbi kimi bu şəxslərin ciddi informasiyaya sahib olması göstərilir.
 
Hüquqşünas Əyyub Kərimov "Azadlıq"a bildirib ki, həqiqətən də baş verən proseslərin fonunda əlavə olaraq nə baş verməlidir ki, Eldar Mahmudov və Əli Abbasov həbs olunsun. Proseslərin öncə Beynəlxalq Bank ətrafında başladığını deyən Ə.Kərimov bildirdi ki, bu şəxslər azadlıqda qaldıqca dövlətə, hüquq xəttinə daha çox ziyan vurulur: “Belə təəssürat yaranır ki, bu adamları hüquq-mühafizə orqanları həbs etməyə tərəddüd edirlər. Amma bu şəxslərin nə qədər böyük informasiyaya sahib olmasına baxmayarq, bu şəxslərin həbsi onların daha böyük informasiya yaymasının qarşısını ala bilər. Çünki istəsələr də, istəməsələr də bu informasiya onlarda var”.

Google+ WhatsApp ok.ru