Neftçi 8:0 hesabı ilə məğlub olub- VİDEO

Neftçi 8:0 hesabı ilə məğlub olub- VİDEO

Bu gün Premyer Liqada IV turun daha bir oyunu baş tutub. Apasport.az saytının məlumatına görə, ikinci oyun da Masazırda keçirilib.

 

Belə ki, “Qəbələ” ilə qarşılaşan “Neftçi” satdionunda həyata keçirilən bərpa işləri ilə əlaqədar “Əlincə Arena”ya sığınıb.

 

Çempionata uğursuz start verən və ilk 3 turda bir qələbə və 2 məğlubiyyət alan “ağ-qaralar” bu dəfə daha ağır zərbəyə məruz qalıb. Əyalət klubu ilə oyunda paytaxt təmsilçisi uzun zaman unuda bilməyəcəyi nəticə ilə ayrılıb. Roman Qriqorçukun komandası rəqibini meydana çıxmağına peşman edib - 8:0.

 

5-ci dəqiqədə Dabonun hesabı açmasından 10 dəqiqə sonra fərq 3 qol, ilk yarının tamamında isə artıq 5:0 idi. İkinci hissədə daha 3 qol vuran nominal qonaqlar fərqi faciəvi həddə çatıdırıb.

 

IV tur

10 sentyabr (şənbə)

 

“Neftçi” – “Qəbələ” - 0:8

Qollar: Dabo, 5, 16, 69, Vernidub, 10, Ozobiç, 29, Ruslan Qurbanov, 45, 82, Stankoviç, 78

“Əlincə Arena”

 

1.

Qarabağ

4

3

0

1

12-2

9

2.

Zirə

3

2

0

1

4-2

6

3.

İnter

3

1

2

0

4-3

5

4.

Qəbələ

2

1

1

0

2-0

4

5.

Sumqayıt

2

1

0

1

1-2

3

6.

Neftçi

3

1

0

2

2-4

3

7.

Kəpəz

3

0

2

1

2-4

2

8.

AZAL

4

0

1

3

1-11

1

 

Google+ WhatsApp ok.ru