Futzal üzrə dünya çempionatına start verilir

Futzal üzrə dünya çempionatına start verilir

Bu gün Kolumbiyada futzal üzrə dünya çempionatına start veriləcək. Azərbaycan millisinin tarixində ilk dəfə qatıldığı mundialın açılış oyununda Kuba və Misir futzalçıları üz-üzə gələcəklər. 

Futzal azarkeşləri qrup mərhələsində hər gün 4 oyun izləyə biləcəklər.

Azərbaycan millisi F qrupunda İran, Mərakeş və İspaniya yığmaları ilə mübarizə aparacaq. Yığma ilk oyununu sentyabrın 13-də Mərakeşə qarşı keçirəcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 03:00-da səslənəcək. İkinci oyun ayın 16-da İspaniyaya, qrupun son görüşü isə 3 gün sonra İrana qarşı olacaq.

Ümumilikdə 24 komanda 6 qrupda mübarizə aparacaq. Qrupda ilk iki pilləni tutanlar və ən yaxşı üçüncü yerin sahibi olacaq 4 komanda 1/8 finala vəsiqə qazanacaq. Qrup oyunları sentyabrın 18-dək davam edəcək. Bir günlük istirahətdən sonra mundialın 1/8 final oyunları keçiriləcək. Dünya çempionatının qalibi oktyabrın 1-də müəyyənləşəcək. (report) /

Google+ WhatsApp ok.ru