İngiltərə futbolunda yenilik tətbiq ediləcək

İngiltərə futbolunda yenilik tətbiq ediləcək

2017/18 mövsümündə İngiltərə futbolunda yeni sistemdən istifadə olunacaq.
 
İngiltərə Liqa Kubokunda və digər yarışların pley-off mərhələlərində oyunsonrası penaltilər seriyası fərqli şəkildə istifadə olunacaq.
 
Yeni sistemin adı ABBA-dır. Belə ki, daha əvvəl penalti seriyasında iki komanda növbəli şəkildə zərbə vururdularsa, indi əvvəlcə A komandası zərbə endirəcək. Ardınca B komandası iki ardıcıl zərbə vuracaq, daha sonra A komandası iki dəfə cəhd edəcək və s.
 
Bu üsulu tennisdəki tay-brekə də bənzətmək olar.
 
Mütəxəssislər ABBA sisteminin komandaların üzərindəki təzyiqi azaldacağını düşünür. (apasport) /

Google+ WhatsApp ok.ru