İntiqam Əliyevin övladları da prokurorluğa çağırıldı

Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin oğlu və qızı Baş prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verəcəklər
 
Bu barədə hüquq müdafiəçisinin qızı Nərmin Əliyeva məlumat verib. Onun sözlərinə görə, bu gün saat 14:30-da şahid qismində ifadə verməyə dəvət olunublar.
 
Qeyd edək ki, dünən Bakı Apelyasiya Məhkəməsi ev dustaqlığına buraxılması ilə bağlı İ.Əliyevin vəsatətini təmin etməmişdi.
Xatırladaq ki, avqustun 8-də Nəsimi Rayon Məhkəməsi Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri Intiqam Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. 
 
İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilir.

Google+ WhatsApp ok.ru