İntiqam Əliyevin işi üzrə məhkəmədə

Çərşənbə axşamı İnqtiqam Əliyevin işi üzrə məhkəmə prosesində Hüquqi Maarifləndirmə Cəmiyyətinin (HMC) keçmiş mühasibi Gülşən Orucovanın ifadəsi davam edib. Prokurorluq onu zərərçəkən kimi tanıyıb.
 
Xatırladaq ki, G.Orucova bildirib ki, İ.Əliyevin tələbi ilə o, QHT-nin vəsaitini bacısı Əfsanə Orucovanın Unibank-dakı hesabına keçirib.
 
Sonra pullar nağdlaşdırılıb və İ.Əliyevə verilib. Beləliklə, guya İ.Əliyev 119 min manatı mənimsəyib.
 
Lakin G.Orucova məhkəmə zamanı qarışıq ifadələr verib ki, bu da onun ibtidai istintaq zamanı verdiyi ifadələrə ziddir.
 
Belə ki, əvvəlki iclasda G.Orucova bildirib ki, onun bacısı İ.Əliyevdən heç bir vəsait almayıb. Bu gün isə G.Orucova deyib ki, İ.Əliyev ona 500 manat verib.
 
O, “nədən İntiqam Əliyevin qanunsuz hərəkətləri barədə öncədən prokurorluğa məlumat verməyib” sualına aydın cavab verə bilməyib.
 
G.Orucovanın sözlərinə görə, pullar onun bacısının hesabına tərcümə xidmətlərinin ödənilməsi bəhanəsilə köçürülüb. Eyni zamanda İ.Əliyev mətnləri pulsuz tərcümə etdirmək üçün könüllülər cəlb edib.
 
İ.Əliyev HMC-nin Azərbaycan dilində nəşr etdirdiyi kitabları təqdim edib. Bunlar Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarlarının mürəkkəb mətnləridir.
 
“Bunları istənilən tərcüməsi tərcümə edə bilməz, üstəlik könüllülər edə bilməzdi”, - İ.Əliyev vurğulayıb. Həmin kitablarda real tərcüməçilərin soyadları göstərilib.
 
İ.Əliyev yenidən bildirib ki, istintaq HMC-nin ofisində götürdüyü maliyyə sənədlərini müdafiə tərəfinə qaytarmır ki, müttəhimə qarşı irəli sürülən iddiaları inkar etmək mümkün olsun.
 
Müdafiə tərəfi hesab edir ki, istintaq sənədləri saxtalaşdırıb və əsasən İ.Əliyevin imzası saxtalaşdırılıb. Məhz bu səbəbdən i İ.Əliyevin imzasının yoxlanması üçün ekspertiza təyin edilib.
 
Hakim Rasim Sadıqov müdafiə tərəfinin bir çox sualını çıxarıb ki, bununla da zərərçəkənin cavablardan yayınmasına imkan yaradıb.
 
Nəhayət, hakim G.Orucovanın nə səbəbdən özünü zərərçəkən hesab etməsi barədə sualı çıxarıb. Belə olduğu halda vəkil Cavad Cavadov soruşub ki, G.Orucova nədən şikayət edir? O cavab verib ki, şikayəti odur ki, artıq 4 aydır bu iş üzrə çağırılır. Lakin hakim onun sözünü kəsib.
 
Sonra G.Orucova deyib ki, 2014-cü ilin yanvarında ona 242 manat əməkhaqqı verilib, halbuki onun adına pullar silinmişdi.
 
Lakin onun sözlərinin həqiqiliyini müəyyən etmək mümkün deyil, çünkü maliyyə sənədləri istintaqın sərəncamındadır.
 
Hakim hər vəchlə zərərçəkənin dindirilməsinin başa çatdırılmasını istəyib. Lakin İ.Əliyev suallarının olduğunu bildirib.

Google+ WhatsApp ok.ru