İntiqam Əliyev və Rəsul Cəfərovun apellyasiya şikayətlərinə baxılacaq 20 İyul 2015 01:00 Hüquq İyulun 21-də saat 11-də Bakı Apellyasiya Məhkəməsində hüquq müdafiəçiləri İntiqam Əliyev və Rəsul Cəfərovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilmiş şikayətlərinə baxılacaq. Bakı Apellyasiya Məhkəməsində Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri, hüquq müdafiəçisi İntiqam Əliyev barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə ilkin baxış iclası iyulun 6-da olub. Məhkəmə İntiqam Əliyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilərək, girov və ya ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənməsi və apellyasiya şikayətinə məhkəmə istintaqı ilə baxılması barədə vəsatətləri təmin etməyib. İntiqam Əliyev 8 avqust 2014-cü ildə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham elan edilib. Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Əliyevə 7 il 6 ay həbsə məhkum edilib. O, ittihamıarı qəbul etmir, həbsinin siyasi sifariş olduğunu bəyan edib. “Amnesty İnternational” İ.Əliyevi “vicdan məhbusu” elan edib. Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 213 (vergi ödənişindən yayınma) və 308-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. “Amnesty International” təşkilatı onu “vicdan məhbusu” elan edib. Hökmdən sonra R.Cəfərov onun saxta, siyasi sifarişli olduğunu bildirib. Teqlər : #İntiqam Əliyev və Rəsul Cəfərovun apellyasiya şikayətlərinə baxılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbyacnda narkotik bitkilər əkən iki qardaş tutulub Azərbaycanda QHT sədri istintaqa cəlb olunub