Pərviz Həşimlinin şikayəti təmin olunmayıb 27 Oktyabr 2015 02:00 Hüquq Bu gün Ali Məhkəmədə jurnalist Pərviz Həşimlinin barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb. APA-nın məlumatına görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə P. Həşimlinin vəkili Elçin Sadıqov vəsatətlə çıxış edib. O, P. Həşimlinin məhkəmədə iştirakının təmin olunmasını istəyib. Lakin məhkəmə vəsatəti təmin etməyib. Daha sonra məhkəmədə qərar elan edilib. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib. P. Həşimli 2013-cü il sentyabrın 17-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmlə razılaşmayan P. Həşimli Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Şikayətdə onun barəsində bəraət hökmünün çıxarılması xahiş olunub. Lakin məhkəmə şikayəti təmin etməyib. Bundan sonra kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət olunub. Teqlər : #Pərviz Həşimlinin şikayəti təmin olunmayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Müdafiə Nazirliyinin yüksək çinli zabiti haqqında şok iddia - FOTO 11 saylı cəzaçəkmə müəssisəsindən Ədliyyə nazirinə məktub var