Paralimpiya Oyunlarında ilk medalımızı qazandıq 09 Sentyabr 2016 01:00 İdman 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında mübarizəyə start verilib. Qol.az-ın məlumatına görə, Azərbaycan yığması yarışların birinci günündə ilk medalını qazanıb. 66 kq çəkidə çıxış edən cüdoçumuz Bayram Mustafayev 1/4 finalda braziliyalı Helison Oliveyranı məğlub edib. Yarımfinalda cüdoçumuz yaponiyalı Satoşi Fudjimoto ilə üz-üzə gəlib. Bu dəfə də qələbə qazanan Bayram Mustafayev finala yüksəlib. Həlledici görüşdə cüdoçumuzun rəqibi özbəkistanlı Utkirjon Niqmatov olub. Rəqibinə uduzan Mustafayev gümüş medalla kifayətlənib. Teqlər : #Paralimpiya Oyunlarında ilk medalımızı qazandıq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İtalya qapıçısı İsrail komandası ilə oyunda: YAŞASIN FƏLƏSTİN FİFA-dan `Real` və `Atletiko` klublarına ŞOK qərar