İtalya qapıçısı İsrail komandası ilə oyunda: YAŞASIN FƏLƏSTİN

İtalya qapıçısı İsrail komandası ilə oyunda: YAŞASIN FƏLƏSTİN

İtalya milli futbol komandasının peşəkar qaçısı Canluici Buffon, işğalçı rejim İsrail komandası ilə oyunda İtalya ilk qolu vurduqdan sonra “Yaşasın Fələstin, Yaşasın Fələstin” qışqırıb. 
 
Maide.Az xəbər verir ki, Fələstin İnformasiya mərkəzinin məlumatına görə, Buffonun bu hərəkəti israilli azərkeşlərin qəzəbinə səbəb olub. 2018-ci il Dünya Kuboku seçmə mərhələsi çərçivəsində oynalınan oyunda İtalya 3-1 hesabı ilə işğalçı rejimi məğlub edib. 
 
Məlumatda bildirilir ki, Buffonun oyunda Fələstinə dəstək olduğu üçün FİFA tərəfindən cəzalandırılması gözlənilir. 
 
C.Buffon dəfələrlə Fələstin xalqına dəstəyini nümayiş etdirib. 2009-2010 Avropa çempionlar liqasında da işğalçı rejim komandasının kapitanı ilə görüşdən imtina etmişdi. 
 
 

Google+ WhatsApp ok.ru