Parklanma ilə bağlı qadağa qüvvəyə mindi

Bakı-2015 Birinci Avropa Oyunları zamanı yarışların keçiriləcəyi idman arenalarının ətrafında parklanmaya nəzarət zonaları yaradılır.
 
BEGOC-dan bildiriblər ki, bununla bağlı qadağalar mayın 31-dən iyunun 1-ə keçən gecə qüvvəyə minir. 
 
Hətta həmin ərazilərdəki parkomatların fəaliyyəti də dayandırılır. Bu zonalarda avtomobillərini yalnız xüsusi parklanma icazəsi olanlar, o ərazidə yaşayan sakinlər saxlaya bilərlər. Belə bir icazəsi olmayan sakinlər mütləq bu tarixə qədər mənzil-kommunal idarələrinə müraciət etməlidirlər. Həmin zonada rəsmi saxlama  icazəsi olmayan avtomobillər ərazidən təxliyə olunacaq və onların sahibləri cərimələnəcəklər.  
 
Bu qadağa bir ay ərzində, iyulun 1-dək qüvvədə olacaq.

Google+ WhatsApp ok.ru