İslamçı məhbus karserdən çıxarıldı

Xəbər verildiyi kimi may ayının 12 də 5 saylı cəzaçəkmə müəssisəsinə Penitensiar Xidmətin xüsusi təyinatlı qüvvələri yeridilmiş, orada olan bütün məhbuslar döyülmüşdü.Həmən məhbusların içində İslamçı məhbuslar da döyülərək karserə salınmışdı.
 
Müəssisə rəhbərliyi tərəfindən 15 günlük karserə salınan Masallı dindarı Ziya Tahirov cəza kamersından çıxarılıb.
 
Digər İslamçı məhbus Elimxan Hüseynovun isə yaxın iki gün ərzində karserdən çıxarılacağı deyilir.
 
Qeyd edək ki, sözügedən həbsxanada cəza çəkən Masallı dindarı Surac Ağayev daxil olmaqla bir çox məhkum İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə (Tubzon) işgəncə verilmək üçün aparılıb.Məhbusların yaxınları onların səhhətindən narahatdırlar.
 
Xatırladaq ki, Surac Ağayev 5 il müddətinə, Ziya Tahirov 7 il , Elimxan Hüseynov isə 7 il müddətinə şərlənərək azadlıqdan məhrum edilib.(cenubnews.com)

Google+ WhatsApp ok.ru