Portuqaliya finalda! YENİLƏNİB

Portuqaliya finalda! YENİLƏNİB

Bu gün “Avro-2016”nın yarımfinal mərhələsinə start verilib.
 
Maide.Az-ın məlumatına görə, keçiriləcək bir oyunla ilk finalçının adı bəlli olacaq.
 
Final uğrunda Portuqaliya və Uels milliləri qarşılaşır.
 
Kriştiano Ronaldonun kapitan olduğu Portuqaliya millisi buna qədər keçirdiyi beş oyunun heç birində 90 dəqiqədə qalib gələ bilməyib. Portuqaliyalılar heç məğlub da olmayıb.
 
İlk dəfə Avropa çempionatının final mərhələsində iştirak edən Uels millisi isə daha inamlı təsir bağışlayır. 
 
Qeyd edək ki, digər yarımfinal oyunu sabah Almaniya və  Fransa milliləri arasında keçiriləcək.
 
 
 
6 iyul
 
“Avro-2016”,  yarımfinal
23:00. Portuqaliya - Uels - 2:0 
Qol:
 Ronaldo, 49, Nani, 53
Baş hakim: Jonas Eriksson
Yan xətt hakimləri: Matias Klasenius, Daniel Varnmark
Əlavə köməkçi-hakimlər: Stefan Yohanesson, Markus Strömberqsson (hamısı İsveç)
Lion. Lion stadionu
 
 
7 iyul
 
23:00. Almaniya - Fransa (qol.az)
 

Google+ WhatsApp ok.ru