Portuqaliyalı baş məşqçi K.Keyruşa İrandan çıxmaq qadağan olunub

İranın futbol üzrə milli komandasının baş məşqçisi məşhur portuqaliyalı mütəxəssis Karluş Keyruşa İrandan çıxmaq qadağan olunub. 

Maide.az İran KİV-lərinə istinadən məlumat verir ki, İranın futbol üzrə milli komandası ötən axşam Çili və İsveç futbol komandaları ilə hazırlıq görüşləri üçün  İsveç və Avstriya səfər edib, lakin milli komandanın baş məşqçisi K.Keyruşa İmam Xumeyni adına hava limanında  ölkəni tərk etməsinə icazə verilməyib.  

K.Keyruşa hava limanında bildirilib ki, onun ölkədən çıxışı qadağan olunub və bu məsələ K.Keyruşu çox qəzəbləndirib və evinə geri dönüb. 

Məlumata əsasən, K.Keyruşa İrandan çıxmaq qadağası onun vergidən yayınması və vergi ödəməməsi ilə bağlıdır. 

Qeyd edək ki,  K.Keyruş 2011-ci ildən  İranın futbol üzrə milli komandasının baş məşqçisi vəzifəsinə gətirilib. Keyruş İran Futbol Federasiyası ilə 3 il yarım müddətinə müqavilə imzalamışdı. Onun imzaladığı müqavilənin vaxtı bitdiyi üçün İsveç və Avstriyada keçiriləcək hazırlıq görüşlərindən sonra O, İrandan gedəcək.

Karluş Keyruş əvvəllər "Sportinq" (Portuqaliya), "Real Madrid" (İspaniya) komandalarına, BƏƏ və CAR yığmalarına da rəhbərlik edib. Keyruş millinin Cənubi Afrika Respublikasında keçirilmiş dünya çempionatında ümidləri doğrultmaması, eləcə də 2012-ci il Avropa çempionatının seçmə mərhələsinə uğursuz başlaması səbəbindən Portuqaliya yığmasından qovulub. /

Google+ WhatsApp ok.ru