Türkiyə Ermənistanı darmadağın etdi

Türkiyənin Futzal üzrə milli komandası Ermənistan yığmasıyla qarşılaşıb.
 
Xorvatiyada keçirilən Futzal üzrə Avropa Çempionatı çərçivəsində baş tutan matçda türklər rəqib komandanı 7-3 hesabı ilə məğlub edib. 
 
Matçda Ermənistanın qollarını Saro Mardanyan (7), Sarkis Nasibyan (34), Qriqor Kapukranyan (38) Türkiyə millisinin qollarını isə Kenan Köseoğlu (19), Yasin Erdal (24, 25), Sercan (31, 35, 36) və Servet Yazqan (32) vurub.
 
Qrupda oynanan digər qarşılaşmada isə Xorvatiya Slovakyanı 3-2 məğlub edib və qrupda liderliyə yüksəlib. Slovakiya qrupu 2-ci, Türkiyə isə 3-cü sırada tamamlayıb və turnirə vida edib.
 

Google+ WhatsApp ok.ru