Qarabağ əlili nazirə məktub yazdı: `İmkanınız varsa...`

Maide.az xəbər verir ki, Bakı şəhəri, Keşlə qəsəbəsi, Qurban Sadıq kücəsi, dalan 2, ev 6-da yaşayan 2 –ci qrup Qarabağ müharibəsi əlili Rəhmanov Əhməd Fazil oglu nazirdən kömək istəyib:
 
"Bu məktubu Sizə yazmaqda məqsədim ədalətin bərqərar olmasidir. Belə ki, mən 2-ci qrup Qarabağ muharibəsi əlili olmağıma baxmayaraq, "Əlillərin sosial müdafiəsi haqqında" qanunun 25-ci maddəsinə əsaslanaraq son 17 ili Bakı şəhəri Nəsimi rayonu Qaz istismar sahəsində Qəza isləri üzrə çilingər işləmişəm. Lakin bu ilin iyun ayında "Azəriqaz”da gedən struktur dəyişiklikləri zamanı ixtisara duşmüşəm. Düzdür, ixtisardan sonra mənimlə işləyənlərin bir hissəsi öz yerində qalsa da, idarə rəhbərliyi yalnız əlillərdən yaxa qurtarmaq istədi (2 nəfər Qarabağ əlili ixtisara salindi). Sonradan Xətai rayon Məhkəməsinin qərarından sonra biz öz işimizə qayıtmalı olduğumuz halda, idarə rəhbərliyi apellyasiya şikayəti verdiyindən biz hələ də işsizik.
 
Bu mənim Sizə 2-ci məktubumdur ki, eyni xahişlə müraciyyət edirəm. Daha doğrusu, "Əlillərin Sosial mudafiəsi haqqında" qanunun 25-30-cu maddələrinə və Nazirlər Kabinetinin 1994 il 10 may 185 saylı qərarına əsasən, əlilləri ixtisara saldığına və dövlətin əlilləri işlə təmin olunması ücün hər idarəyə qoyduğu kvotani pozduğu ücün "Azəriqaz"a qanunda göstərilən cərimələrin tədbiq olunmasi barədə sərəncam verməyinizi Xahiş edirəm. Bu da gələcəkdə əlillərə qarşı olan qanunsuzluqların aradan götürülməsinə qulluq edəcəkdir.
 
Sonda daha bir xahişim var, imkanınız varsa, məkəmələr qurtarana qədər, biz işdən qovulan iki əlilə "Əlillərin Sosial Müdafiəsi haqqında" qanunun 29-cu maddəsində göstərilən şərtlərlə iş tapmaqda köməklik edin..."

Google+ WhatsApp ok.ru