`Qarabağ` səfərdə böyük hesabla məğlub olub - FOTO/VİDEO

`Qarabağ` səfərdə böyük hesabla məğlub olub - FOTO/VİDEO

 
Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində Ağdamın "Qarabağ" klubu səfərdə "Fiorentina"nın (İtaliya) qonağı olub.
 
Xəbər verir ki, Azərbaycan komandası oyuna ilk dəqiqələrdən fəal başlasa da, sonradan üstünlüyü tədricən rəqibə verməyə başlayıb.
 
İtalyanların artan hücumlarından birinin qarşısını alan zaman isə Ağdam klubu azlıqda qalıb. Elvin Yunuszade 30-cu dəqiqədə qırmızı vərəqə görərək, meydandan qovulub.
 
Bunun ardınca italyanlar hücumların kəsərini daha da artırıblar ki, bu da hesabda öz əksini tapıb. İlk hissə rəqibin 3:0-lıq qələbəsi ilə bitib.
 
İkinci hissədə vurulan daha 2 topa "Qarabağ" bir qol ilə qarşılıq verib və matç Ağdam klubunun 5:1 hesablı məğlubiyyəti ilə başa çatıb. (report) /
 
 
   
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru