UEFA prezidenti Bakıya gəlib

UEFA prezidenti Bakıya gəlib

 
Aleksander Çeferin AVRO 2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak edəcək
 
 UEFA-nın prezidenti Aleksander Çeferin Bakıya gəlib. 
 
Maide.Az AFFA-nın saytına istinadən məlumat verir ki, səfər qurumun prezidenti Rövnəq Abdullayevin dəvəti əsasında baş tutub. 
 
A.Çeferin bu gün saat 19.00-da Avropa Liqasının C qrupunda "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Maynts" (Almaniya) oyununu izləyəcək.
 
Xatırladaq ki, A.Çeferin sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək AVRO 2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak edəcək. /

Google+ WhatsApp ok.ru