QHT sədrinə 12 il həbs cəzası verildi

QHT sədrinə 12 il həbs cəzası verildi

«Yeni Sabah» təşkilatının rəhbəri İlqar Əliyevin Bakı Ağır Cinayətlər Məhkəməsində aylardır davam edən mühakiməsi yekunlaşıb.
 
Ölkəyə gizli şəkildə kameralı qələm və eynək, həmçinin ekspertin rəyinə görə, 5-i soyuq silah hesab olunan 7 bıçaq gətirməkdə təqsirləndirilən QHT sədri 12 il azadlıqdan məhrum edilib.
 
Bu haqda fevralın 2-də Eldar İsmayılovun sədrlik etdiyi hakimlər kollegiyası hökm çıxarıb.
 
İlqar Əliyev Moskvadan Bakıya qayıdarkən hava limanında saxlanılıb. İş materiallarına görə, gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları onun baqajına rentgen aparatı vasitəsilə baxış keçirib və monitorda metal əşyaların təsvirləri əks olunduğundan, təkrar yoxlama aparılıb.
 
Yoxlama zamanı yuxarıda qeyd olunan əşyalar götürülüb, protokollaşdırılıb.
 
İlqar Əliyev izahatında «Yeni Sabah» Qeyri-Hökumət Təşkilatının sədri olduğunu və həmin əşyaları Tailandın Pattaya şəhərində mağazadan aldığını bildirib.
 
QHT sədri Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə), 192-ci (qanunsuz sahibkarlıq), 228.4-cü (qanunsuz silah saxlama) və 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunurdu. (azadliq.org)
 

Google+ WhatsApp ok.ru