Qiyas İbrahimov 10 il azadlıqdan məhrum edildi

Qiyas İbrahimov 10 il azadlıqdan məhrum edildi

Bu gün, oktyabrın 25-i Bakı Ağır Cinayətlər Məhkəməsində gənc fəal Qiyas İbrahimova 10 il həbs cəzası verilib.
 
Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə Q. İbrahimov prosesdə son sözlə çıxış edib. O, qeyd edib ki, çıxışını yazılı hazırlayıb. Ancaq əlindən alıblar:
 
“Mənə verilmiş ittiham üzrə özümü müdafiə etmək fikrim yoxdur. Vicdanı olan hər kəs yaxşı bilir ki, həbsimin əsil səbəbi mənim bu ölkədə dərəbəyliyə etiraz etməyimdir. Heç bir yazılı qanunu pozmamışam. Sistem yazılmamış qanunlar ilə köləliyi azadlıq kimi göstərməyə çalışır” deyə o bildirib.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru