Qobustan növbəsi Tale Bağırova çatdı

AzadXeber.az-ın verdiyi məlumata görə, tanınmış ilahiyyatçı alim, vicdan məhbusu Tale Bağırov Qobustandakı həbsxanaya göndərilə bilər. Bu barədə ilahiyyatçının vəkili Cavad Cavadov məlumat verib. O, bildirib ki, Tale Bağırovun Qobustandakı həbsxanaya keçiriləməsinə dair təqdimat artıq Qaradağ rayon Məhkəməsinə göndərilib. Məhkəmə prosesi noyabr ayının 28-də baş tutacaq.
 
Vicdan məhbusu Tale Bağırov buna qədər 12 saylı Cəzçəkmə Müəssisəsində karserə salınmışdı. Həbsxananın vahid forma geyiminə riayət etməməsi bəhanəsi ilə Tale Bağırov 1 ay karserdə saxlanılmışdı.
 
Qeyd edək ki, bir neçə gün bundan öncə Apellyasiya Məhkəməsi digər vicdan məhbusu olan AİP lideri Mövsüm Səmədovun Qobustan həbsxanasına göndərilməsi ilə bağlı verdiyi şikayəti təmin eləməmişdi. Taleh Bağırov Mövsüm Səmədovdan sonra ikinci ruhanidir ki, barəsində Qobustana göndərilmə barədə qərar verilir.

Google+ WhatsApp ok.ru