Qubad İbadoğlu: `Bağlanan iş yerlərinin 10 faizə qədəri qeyri-hökümət təşkilatlarının payına düşür`

“Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. 30 minə yaxın iş yeri bağlanıb, əsas problemlərdən biri də inhisarçılıqdır. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar sanki bir-biri ilə rəqabətə çıxıblar. Bu dözülməzdir… Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq". 
 
Maide.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Qubad İbadoğlu öz facebook səhifəsində məlumat verib. Qubad İbadoğlu yazır: "Günümüzün gerçəkliyini əks etdirən bu fikirlər Azərbaycan Respublikası prezidentinin Nazirlər Kabinetinin son iclasındakı çıxışından götürülüb. Prezident bu fikirləri səsləndirərkən həm də göstəriş verib ki, iş yerlərinin bağlanmaısının səbəblərini araşdırsınlar. Bağlanan iş yerlərinin araşdırmasına kömək məqsədilə bildirmək istəyirəm ki, bağlanan iş yerlərinin 10 faizə qədəri qeyri-hökümət təşkilatlarının payına düşür. Mənim rəhbərlik etdiyim İqtisadi Tədqiqatlar Mərkəzi fəaliyyətini dayandırana qədər təşkilatda 9 nəfər işləyirdi. Hazırda onların adı həm işini itirənlərin və həm də iş axtaranların siyahısındadır."

Google+ WhatsApp ok.ru