Quran və Qiyamət

Quran və Qiyamət

Müasir dövrün ən mühüm ictimai və fərdi problemləri dinsizlikdən, əqidə zəifliyindən qaynaqlanır. Çünki Allah haqqında heç bir anlayışımız yoxdur, qəlblərimiz şeytan yuvasına çevrilib, günlərimizi dünyanın aldadıcı, yalançı əyləncələri ilə keçiririk.

Dünyanı iki əlli tutub axirət aləmindən üz çevirməyin nəticəsində kəskin, həlakedici xəstəliklər yaranır hərislik, həsəd, kin və s. kimi mənfi xislətlərin hamısı maddi mənfəət əldə etmək naminə baş verir. Allahı unutduğumuz üçün mənfur çəkişmələr, rəqabətlər bizi fitnə-fəsada, hətta ölümə, fənaya doğru sürükləyir. Buna görə də həyat tərzi çətinləşir, öz mahiyyətini itirir. Bu dərdlərin dərmanı Allaha və Qiyamət gününə iman gətirməkdən ibarətdir. Əgər insan Qiyamət günündə rəftarı, danışığı, əqidəsi haqqında soruşulacağına, dediyi sözlərin hamısının yazılmasına, yaxşı və pis işlərinin ən kiçiyinin belə qeyd elilməsinə inanırsa, necə ola bilər ki, öz əqidəsində, hərəkətində, danışığında e”tinasızlıq etsin?! Şübhəsiz ki, belə bir iddiaya malik olan şəxs, hətta qarışqanı da incitməz, əlindən ancaq xeyir iş gələr, təcrübəli tacir kimi öz zərər və mənfəətini yaxşı ayırd edər. Nəticədə öz xeyrinə olan işlərə doğru hərəkət edib, ziyanlı işlərdən uzaqlaşar.

Google+ WhatsApp