Rəsul Cəfərovun məhkəməsi keçirilib - FOTOLAR 31 Mart 2015 01:00 Hüquq Martın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun məhkəmə prosesi davam etdirildi. Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçən prosesdə sonuncu şahid Rəşad Şirinov xaricdə olduğuna görə onun istintaqdakı ifadəsi elan olundu. Rəsul Cəfərovun ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəfinin verdiyi vəsatət təmin olunmadı. Rəsul Cəfərovun məhkəməsi aprelin 9-da saat 10:30-da davam etdiriləcək. Teqlər : #Rəsul Cəfərovun məhkəməsi keçirilib FOTOLAR, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xalq artistinin qardaşı oğlunu güllələyən şəxs tutuldu Hüquq müdafiəçisi Azərbaycana təslim olmuş erməni hərbçisi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib