Rəsul Cəfərova hökm oxundu -6 il 6 ay

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Maide.az-ın "Yeni Müsavat"a istinadən verdiyi məlumata görə, hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə Rəsul Cəfərov barəsində 6 il 6 ay azadlıqdan məhrumetmə cəzası seçilib. 
 
R.Cəfərov çıxış edərək yenidən həbsini siyasi sifariş olduğunu, ona qarşı irəli sürülən ittihamların saxta olduğunu qeyd edib.
 
Qeyd edək ki, İnsan Haqları Klubunun sədri R. Cəfərov ötən il avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs-qətimkan tədbiri seçilib.
 
R. Cəfərov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanıb.

Google+ WhatsApp ok.ru