Elşən Mustafaoğlunun həbs müddəti uzadılıb 16 Aprel 2015 01:00 Hüquq Səbail Rayon Məhkəməsində Qafqaz Müsəlmanları İdarəsinin keçmiş sektor müdiri Elşən Mustafayevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının verdiyi təqdimata baxılıb. Bu barədə APA-ya məlumat verən vəkil Əfqan Məmmədov bildirib ki, məhkəmənin qərarı ilə E.Mustafayev barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 4 ay uzadılıb. Qeyd edək ki, E. Mustafayev ötən il dekabrın 16-da Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilir. Teqlər : #Elşən Mustafaoğlunun həbs müddəti uzadılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bəşir Süleymanlıya ölkədən çıxmağa icazə verilmədi Rəsul Cəfərova hökm oxundu -6 il 6 ay