Rəsul Cəfərovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib

İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.
 
Vəkil Fariz Namazlının verdiyi məlumata görə, apellyasiya şikayəti bu gün məhkəməyə təqdim olunub.
 
Qeyd edək ki, İnsan Haqları Klubunun sədri R. Cəfərov ötən il avqustun 2-də həbs olunub. R. Cəfərov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə  6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə təqsirləndirilib.

Google+ WhatsApp ok.ru