Rəsul Cəfərovun apellyasiya şikayətinə baxmayıblar

Hüquq müdafiəçisi Rəsul Cəfərovun ədalətsiz hökmdən verdiyi apellyasiya şikayəti üzrə iyunun 12-nə təyin edilmiş hazırlıq iclası baş tutmayıb. Maide.az xəbər verir ki, bu barədə Turan-a vəkil Fariz Namazlı bildirib.
 
İclas formal səbəblərlə qeyri-müəyyən müddətə təxirə salınıb.
 
Vəkil Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun bu qərarını əsassız hesab edir. Onun fikrincə, iclasın təxirə salınması Birinci Avropa Oyunları və çoxsaylı xarici jurnalistlərin diqqətini çəkə bilməsi ilə əlaqədardır.
 
Cəfərov bir çox hüquq müdafiə təşkilatlarının Avropa Oyunlarına qədər azad edilməsini tələb etdiyi məşhur siyasi məhbuslardan biridir. O, saxta ittihamlarla 6,5 il müddətinə həbs edilib. 

Google+ WhatsApp ok.ru