Avropa Şurası Nazirlər Komitəsi İlqar Məmmədovla bağlı qərar qəbul edib

Avropa Şurası Nazirlər Komitəsi iyunun 11-də “İlqar Məmmədov Azərbaycana qarşı” məhkəmə işi ilə bağlı qərar qəbul edib.
 
İlqar Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı hadisələri ilə bağlı həbs edilib. Məhkəmə onu Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ittiham edərək 2014-cü ilin martın 17-də 7 il azadlıqdan məhrum edib.
 
Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü il mayın 22-də İlqar Məmmədovla bağlı qərar qəbul edib. Qərar oktyabrın 13-də qüvvəyə minib. Avropa Məhkəməsinin qərarına görə -  İlqar Məmmədovun Avropa İnsan Haqları Konvensiyanın 5.1 və 5.4 maddəsi (azadlıq hüququ), 6.2 (təqsirsizlik prezumpsiyasi) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulmasını tanıyıb.
 
Hökumət İ.Məmmədova eyni zamanda 22 000 avro kompensasiya ödəməlidir.
 
Nazirlər Komitəsi ilk öncə müxalif siyasətçi olan ərizəçiyə qarşı tətbiq olunmuş cinayət prosedurlarının təməlini sarsıdan pozuntuların təsdiqləndiyini, xüsusilə 5-ci maddəylə bağlı, 18-ci maddənin pozulduğunu, ərizəçinin bundan sonra hər hansı yubanmaya yol verilmədən azadlığa buraxılması və ona qarşı törədilmiş pozuntuların nəticələrini aradan qaldırmaq üçün gərəkən başqa zəruri tədbirlərin görülməsilə bağlı Komitənin Azərbaycanda səlahiyyətli hakimiyyət orqanlarına ünvanladığı təkidini xatırladır.
 
“Həmin çağırışlara baxmayaraq, səlahiyyətli hakimiyyət orqanlarının ərizəçinin hələ də azadlığa buraxılmasına nail olmadığını və ya zəruri fərdi tədbirlərin görülməsində hər-hansı irəliləyiş haqqında məlumat vermədiyini, xüsusən də ərizəçinin Ali Məhkəməyə verdiyi şikayətin baxılmasının qeyri-müəyyən müddətə təxirə salındığını çox ciddi narahatlıqla qarşılayarıq. Belə bir hal qarşısında, ərizəçinin dərhal azadlığa buraxılması üçün lazım olan bütün imkanlardan hər-hansı yubanma olmadan istifadə etmək məqsədilə yenidən, bu dəfə Azərbaycanın ən yüksək dövlət hakimiyyət orqanlarına müraciət edirik”, deyə Nazirlər Komitəsinin qərarında deyilir.
 
Nazirlər Komitəsi bundan sonra ittihamçıların və ya hakimlərin qanunvericiliyin tələblərini başqa məqsədlər üçün pozmaması, eləcə də təqsirsizlik prezumpsiyasının yeni hallarda pozulmaması üçün nəzərdə tutulan ümumi tədbirlər haqqında məlumat verməyin vacibliyini vurğulayır.
 
“Bu işə baxılmasına 2015-ci ilin sentyabr ayında keçiriləcək 1236 saylı toplantıda qayıtmaq və əgər o vaxta qədər ərizəçi azadlığa buraxılmasa daha ciddi tədbirlərin görülməsini müzakirəyə çıxarmaq qərara alınıb”, deyə qərarda qeyd edilir.

Google+ WhatsApp ok.ru