Rusiyalı futbolçu `Avro-2016`dan kənarda qaldı

Rusiya millisi ciddi itki ilə üzləşib.

Qol.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yığmanın yarımmüdafiəçisi Alan Dzaqoyev zədələnərək sıradan çıxıb.

Premyer Liqanın son turunda "Rubin"lə görüşdə zədələnən CSKA-nın futbolçusu "Avro-2016"da Rusiya millisinə kömək edə bilməyəcək. Artıq millinin Fransaya gedəcək heyətindən çıxarılan Dzaqoyevi "Krasnodar"dan Dmitri Torbinski əvəzləyib.

Qeyd edək ki, B qrupunda qərarlaşan Rusiya millisi İngiltərə, Uels və Slovakiya ilə mübarizə aparacaq. /

Google+ WhatsApp ok.ru