Səfir oğlu istintaqa çağrıldı 20 Avqust 2015 01:00 Hüquq Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun oğlu Bakıda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilib. Anar Həsənovun dindirilməsi sahibi olduğu şirkətin fəaliyyəti ilə bağlı olub. Belə ki, A.Həsənov bu il mayın 19-da Bakının Binəqədi rayonunda insan tələfatı ilə nəticələnən yanğından sonra bina üzləyən şirkətlərdən birinin sahibi kimi istintaqa cəlb edilib. A.Həsənov istintaqda dindirildikdən qısa müddət sonra Azərbaycanı tərk edib və həmin vaxtdan ölkəyə qayıtmayıb. Qeyd edək ki, iş üzrə aparılan araşdırmalar çərçivəsində həbs edilən “GLOBAL” Şirkətlər Qrupunun rəhbəri Miryusif Mahmudov Anar Həsənovun qayınatası, yəni səfir Abbasəli Həsənovun qudasıdır. Teqlər : #Səfir oğlu istintaqa çağrıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xədicə İsmayılovanın məhkəmə prosesində prokuror çıxış edəcək İntiqam Əliyevin işindən son xəbər