Seyid Əhməd Safi: `Şəhərləri Ərbəin üçün boşaltmayın, İŞİD pusqudadır`

Maide.az xəbər verir ki, Ayətullah Sistaninin vəkili və Kərbəla imam cüməsi Seyid Əhməd Safi yaxınlaşan Ərbəin günü münasibətiylə əhəmiyyətli bir xəbərdarlıq edib və belə deyib: "Hamımız Ərbəin ziyarətinin nə qədər qiymətli olduğunu, bu ziyarətin nə kimi dünyəvi və axirət savabları olduğunu çox yaxşı bilirik. Buna görə hər kəs böyük bir coşğu ilə hər il bu ziyarəti yerinə yetirmək istəməkdədir. Ancaq ölkəmizdə bu il İŞİD terror təşkilatı kimi bir bəla var. Mən xüsusilə İŞİD təhdidi ilə qarşı-qarşıya olan şəhər xalqlarına bir çağırış etmək istəyirəm. Şəhərlərinizi Ərbəin ziyarəti üçün tamamilə boşaltmayın."
 
Seyid Əhməd Safi İraqın müxtəlif bölgələrində təhlükəsizlik güclərinin terroristlərə qarşı böyük müvəffəqiyyətlər əldə etdiyinə diqqət çəkib və belə danışıb: "Ancaq müvəffəqiyyətlərimiz bizi aldatmamalı, arxayınlaşdırmamalıdır; ölkəmizi terror bəlasından tamamilə təmizləyənə qədər, ayaqda olmalıyıq. Xüsusilə İŞİD terror təşkilatının təhdidi altında olan bölgə xalqlarına səslənirəm, şəhərinizi tamamilə boşaltmayın; bir qrup insan şəhəri müdafiə etmək üçün şübhəsiz geridə qalmalıdır. Çünki düşmən pusqudadır."

Google+ WhatsApp ok.ru