`Siqaret çəkən insanlar yüngül narkomandır` - Eksper

Bu gün ümumdünya tutunsuz günüdür. 
 
Siqaret çəkmək bütün dünyada ən yayılmış pis vərdişdir. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin hesablamalarına görə, dünyada hər 6 saniyə tütündən 1 insan həlak olur. Hər il bu vərdişin fəsadlarından dünyada 6 milyon (!) insan dünyasını dəyişir. Ölkəmizdə getdikcə siqaret çəkənlərin sayı artmaqda davam edir. Bu sinifə tək kişilər yox, eyni zamanda qadınlarıda əlavə etmək lazımdır.
 
Bəs ölkəmizdə insanların siqaretdən uzaq durmaları üçün əsas nə edilməlidir, xanımların siqaretə getdikcə daha çox meyil eləməsinin səbəbi nədir sualına cavab tapmaq üçün Səhiyyə üzrə ekspert Adil Qeybullaya müraciət etdik. Müsahibimiz Maide.Az-a açıqlamasında problemin ümumimilli olduğu kimi, həllini də, bu cür bir yolda olduğunu vurğuladı:
 
"Siqaretin zərərləri barədə kifayət qədər deyilsə də, ondan istifadə edənlərin sayında heç də tələb olunan həddə azalma müşahidə olunmur. Burada bir maraqlı məqamı da bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyənləşdirilən insanlarda ölüm riski yaradan əsas 8 xəstəlik var. Bu 8 xəstəliyin 6-sı sırf siqaret çəkməkdən yaranan xəstəlikdir. Bu, əsas sübutdur ki, siqaret çəkmək ölüm riski yaradır. Digər tərəfdən siqaretin tərkibində olan nikotin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən narkotik maddə kimi qəbul olunur. Bu mənada hər gün siqaret çəkən insan yüngül narkomandır. Qeyd edilənlər fonunda siqaretə qarşı mübarizə üçün onun ictimai və qapalı yerlərdə çəkilişinə qadağa qoyulması dəfələrlə gündəmə gətrilsə də, bu istiqamətdə hələ də hansısa real addımlar atılmır."
 
 
A.Qeybulla bildirir ki, məsələni effektiv şəkili ümumivətəndaş movqeyi ilə birgə olmalıdır.
 
"Bu məsələ Milli Məclisdə müzakirə olunsa da, konkret qərar yoxdur. Əvvəla ictimai yerlərdə siqaret çəkilməsi birdəfəlik qadağan olunmalıdır. Bu qərar şəklini almırsa, qanunla qadağan olunmursa, insanların mədəniyyəti ilə nəzarətdə saxlanması qətiyyən mümkün deyil. Hesab edirəm ki, qərar olmalıdır ki, ictimai nəqliyyatda, ictimai iaşə obyektlərində insanların siqaret çəkməsinə yol vermək olmaz. Görürsən ki, məsələn, hər hansı şadlıq evində stolda  bir nəfər stolda siqaret çəkir, amma onun tüstüsü ilə xeyli sayda qadın, uşaq, yaşlı zəhərli hava udmuş olur. Ona görə müzakirə olunan qərarı qəti şəkildə qüvvəyə mindirmək lazımdır ki, insanlar bunu eləmək məcburiyyətində qalsınlar. Siqaret çəkmək üçün, beynəlxalq hava limanında xüsusi kabinələr ayrılıb. Həmin kabinələrdə siqaret tüstüsünü çəkən xüsusi ventilyatorlar var ki, bunun nəticəsində tüstüdən ətrafdakılar zərər görmür. Bu cür yerlər hər obyektdə qurulmalıdır. 
 
Bilirsiz, ictimai qınaq da bu yöndə çox böyük rol oynayır. Əvvəllər insanlar kimsə onları siqaret və digər zərərli işlərlə narahat edirdisə, onlar dərhal buna ümumi etiraz edirdilər. İndi küçədə balaca bir uşaq siqaret ilə gəzir, çəkir və sonda onu zibil qutusuna yox, yerə atırsa, ona heç bir vətəndaş öz iradını bildirmir. Belə olan halda, insanlarda sərbəstlik və özbaşnalıq yaranır. 
Milli Məclisin hansısa qanunu müzakirə etməsi hələ məsələnin həlli demək deyil. Qanunun işlək mexanizmi olmalıdır. Buna başlanğıc verilməlidir ki, problem kütləvi şəkildə öz həllini tapa bilsin."
 
Artıq Azərbaycanda siqaret çəkən xanımların sayı 10% kimi göstərlir-sualına ekspert bunun formal bir rəqəm olduğunu bildirdi:
 
"Azərbaycanda siqaret çəkən qadınların sayı 10%-dən qat-qat çoxdur. Göstərilən bu rəqəm, sadəcə kağız üstə, qeydiyyata düşən insanlara aiddir. Mən sizi əmin edirəm, onların sayı göstərilən faizdən çoxdur və getdikcədə dinamik şəkildə artmaqda davam edir.  Əgər, əvvəllər hansısa bir xanım gizlincə siqaret çəkirdisə, indi bunu açıq şəkildə icra edilir. Xüsusən, cavan qızlar siqaretə daha çox meyilləniblər. Bu tip məsələlər, bir daha deyirəm, birlikdə həll olunmalıdır."  /
 
 

Google+ WhatsApp ok.ru