Son 6 ildə Suriyada belə izdihamlı toplantı olmamışdı -VİDEO

Son 6 ildə Suriyada belə izdihamlı toplantı olmamışdı -VİDEO

Altı ildir muharibə və qarşıdurmaların şahidi olan Suriya bu müddət ərzində belə bir izdihamlı toplantının şahidi olmamışdı. Yerli mənbələr bildirir ki, bu toplantıya yarım milyon suriyalı qatılıb.
 
Ötən gün Suriya xalqı üçün əlamətdar və mühüm bir gün olub.
 
Ötən gün ordunun irəliləməsi nəticəsində Dirazzur şəhərinin İŞİD-in 3 illik muharibəsində çıxarılması bu toplantının səbəblərindən biri olub.
 
Əsas səbəb isə Suriya futbol millisinin Rusiya-2018 mondialına vəsiqə qazanaması üçün keçirdiyi matç olub. Suriya millisi bu oyunda İranla qarşılaşıb və 2-2 nəticəsini əldə edərək, dünya çempionatına vəsiqə qazanmaq şansını özündə saxlayıb.
 
Belə ki Suriya millisini bundan sonra play-off mərhələsində Avstraliya ilə, qələbə qazanacağı təqdirdə isə Konkakafın nümayəndəsi ilə həssas matçlar gözləyir.
 
Bu ilk dəfədir ki Suriya millisi futbol tarixində bu mərhələyə yüksəlir.(islamınsəsi)
 

Google+ WhatsApp ok.ru