İspaniya klubu dopinq aşkarlanan futbolçu ilə müqaviləni dondurub

İspaniya klubu dopinq aşkarlanan futbolçu ilə müqaviləni dondurub

İspaniya La Liqasında çıxış edən "Qranada" futbol klubu bir futbolçusu ilə müqaviləni dondurub.

Yeni transfer Joze Anqulodan dopinq aşkarlandığı bildirilib.

Bu barədə ispaniya klubuna Cənubi Amerika Futbol Konfederasiyası məktub göndərib. Məktubda dopinqin 21 yaşlı futbolçunun "İndependiente"nin heyətində Libertadores Kubokunda çıxış edən zaman aşkarlandığı yazılıb. Qranada şəhərinin mətbuatı futbolçudan dopinq aşkarlanmasını onun kokaindən istifadə etməsi ilə əlaqələndirib.

Klub futbolçunu ikinci dəfə dopinq testdən keçirəcək və bundan sonra qərar veriləcək.

Qeyd edək ki, bir müddət əvvəl "Qranada" Anqulo ilə 5 illik müqavilə imzalayıb. (report) /

Google+ WhatsApp ok.ru