Səudiyyə Ərəbistanında Ərbəin mərasimlərinə rekord sayda insan qatılıb

Səudiyyə Ərəbistanının şərqində yerləşən Katif və əl-Avamiyə şəhərlərindən minlərlə şiə, İmam Hüseynin (ə) şəhidliyinin 40-cı günü olan ərbəin mərasiminə qatılaraq, Əhli-Beytə olan dostluq və sədaqət şüarı səsləndiriblər.
 
Maide.az xəbər verir ki, Səudiyyə Ərəbistanından olan şiələr builki Ərbəin mərasimlərinə qatılmaqla rekorda imza atıblar. 
 
Xəbər mənbələri bildirir ki, Aşura günü əl-Ahsa əhalisinə təşkil edilən hücum hadisəsindən sonra Səudiyyə Ərəbistanında təşkil edilən Ərbəin mərasimində builki iştirak əvvəlkilərə nisbətən daha çox olub.
 
Xatırladaq ki, Səudiyyə rejiminin terrorçuları ölkənin şərqində yaşayan şiə Ahsa xalqına Aşura günü İmam Hüseynə (ə) yas tutduqları üçün hücum təşkil edərək, 8 adamı şəhid etmişdi.
 
Bundan əlavə Səudiyyə Ərəbistanı rejimi İmam Hüseynin (ə.s) Ərbəin yürüşünə qatılan və daha sonra ölkəsinə dönən bir neçə nəfəri Səudiyyə xanədanına təhqir və hörmətsizlik etdiyi ittihamı ilə həbs edib.

Google+ WhatsApp ok.ru