Tələbə qızı öldürən həkimlərlə bağlı cinayət işi açıldı 19 Mart 2015 02:00 Hüquq Azərbaycanda burun əməliyyatı zamanı baş verən ölüm faktı ilə bağlı cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, həmin faktla bağlı Yasamal Rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edilib, əməliyyatı aparan həkim və klinikanın digər həkimləri iş üzrə dindirilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, məlum hadisə martın 18-də “StarMed” klinikasında qeydə alınıb. Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi olan Mürsəlova Leyla Namiq qızı dünən burnundan plastik əməliyyat olunmaq istəyib. Lakin tələbə qıza əməliyyat üçün narkoz verilən kimi o dünyasını dəyişib. İlkin olaraq, qızın narkozun dozasının yüksək olması səbəbindən öldüyü ehtimal edilir. Teqlər : #Tələbə qızı öldürən həkimlərlə bağlı cinayət işi açıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azadlığa çıxan gənc fəal coşqu ilə qarşılandı - FOTO Hicab məhbusu dustaq ölümünə etiraza görə hələ də karsda saxlanılır