Təfəkkür Universitetinin filial rektoru “İnterpol”a verildi

Təfəkkür Universitetinin Kiyev filialının rektoru Riyad Əliyev beynəlxalq axtarışa verilib.
 
Maide.az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
 
Məlumatda qeyd olunur ki, 40 yaşlı Riyad Əliyev dələduzluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.
 
Hazırda R. Əliyevin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
Qeyd edək ki, R. Əliyev Təfəkkür Universitetinin təsisçilərindən biridir. O, universitetin Kiyev filialının rektoru olub. 

Google+ WhatsApp ok.ru