Ötən gün Biləsuvar sərhəd-keçid məntəqəsində saxlanılan ruhani sərbəst buraxılıb 11 Fevral 2017 02:00 Hüquq Ötən gün Biləsuvar sərhəd-keçid məntəqəsində saxlanılan Biləsuvar rayonun Səmədabad kəndindən olan ruhani Ağayev Məhəmməd Şirzad oğlu sərbəst buraxılıb. Yaxınlarının Maide.Az-a verdiyi məlumata görə, onun saxlanılmasının anlaşılmazlıq üzündən baş verdiyi bildirilib. Qeyd edək ki, fevralın 10-da ruhani M.Ağayev 3 gün öncə vəfat edən atasının yas mərasimində iştirak etmək üçün təhsil aldığı Nəcəf şəhərindən ölkəyə qayıdarkən sərhəddə saxlanılmış və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BANDOTDEL) gətirilmişdir. Teqlər : #Ötən gün Biləsuvar sərhədkeçid məntəqəsində saxlanılan ruhani sərbəst buraxılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Leyla Yunus: ''Nardaran işi'' ilə bağlı hesabat hazırlanacaq' Ötən il cinayət törədən qadın və uşaqların sayı açıqlanıb