Tale Bağırzadə və digərlərinin məhkəmə prosesi yanvarın 11-də davam etdiriləcək - YENİLƏNİB

Tale Bağırzadə və digərlərinin məhkəmə prosesi yanvarın 11-də davam etdiriləcək - YENİLƏNİB

19:03
 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
 
APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Fuad Qəhrəmanlının vəkili Nemət Kərimli, Şamil Abduləliyevin vəkili Zibeydə Sadıqova və Taleh Bağırovun vəkili Yalçın İmanov çıxış ediblər.
 
Onlar ittihamın əsassız olduğunu, sübuta yetirilmədiyini, təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi olmadığını deyiblər. Vəkillər müdafiə etdikləri şəxslərə bəraət verilməsini istəyiblər.
 
Proses yanvarın 11-də davam edəcək.
 
***
Bu dəqiqələrdə Nardaran hadisələri zamanı həbs olunan ilahiyyatçı Tale Bağırzadə və tərəfdarlarının yekun məhkəmə iclası keçirilir.
 
İslaminSesinin xüsusi müxbirinin verdiyi məlumata görə,   məhkəmənin keçirildiyi əraziyə xeyli sayda polis qüvvələri cəlb olunub.
 
Eyni zamanda inanclı kəsimin nümayəndələri də məhkəmə prosesini izləmək üçün əraziyə gəliblər. 
 
Tale Bağırzadə və digərlərinə bu gün hökm oxunacağı gözlənilir.  
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru