Vəkili İlqar Məmmədovla görüşüb

Vəkili İlqar Məmmədovla görüşüb

Vəkil Cavad Cavadov yanvarın 9-u 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan REAL Hərəkatının sədri İlqar Məmmədovla görüşüb.
 
Bu haqa AzadlıqRadiosuna REAL Hərəkatının icra katibi Natiq Cəfərli məlumat verib.
 
N.Cəfərli deyib ki, İ.Məmmədovun sağlıq durumu qaydasındadır. Bir müddət öncə soyuqdəyməsi olub, hazırda durumu yaxşıdır:
 
«Vəkil ilə görüş isə Avropa Şurası Nazirlər Komitəsinin yanvarın 12-də keçiriləcək iclası ilə bağlı olub. İ.Məmmədov vəkili ilə bu iclasa hazırlıq məsələlərini müzakirə edib».
 
N.Cəfərli deyib ki, Avropa Şurası Nazilər Komitəsinin yanvarın 12-də keçiriləcək iclasında İ.Məmmədovun məsələsinin müzakirə ediləcəyi gözlənir. /

Google+ WhatsApp ok.ru