Taleh Bağırovun apellyasiya şikayətinə baxılıb 23 Aprel 2018 01:00 Hüquq -- apellyasiya şikayəti təmin edilməyib Bu gün Bakı Apellyasiya Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən Müsəlman Birliyi təşkilatın sədri Taleh Bağırovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda qərar oxunub. Qərara əsasən, T.Bağırovun apellyasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, Qaradağ rayon Məhkəməsinin hökmü ilə T.Bağırovun 20 illik cəzasından qalmış 17 il 9 ay 13 gün yeni cəza ilə birləşdirilib. Məhkəmə onun cəzasını artıraraq, T.Bağırova 18 il həbs verib. T.Bağırov ittihamları rədd edir.(faktxeber) Teqlər : #Taleh Bağırovun apellyasiya şikayətinə baxılıb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru MTN generallarına hökm oxundu İki vəkilin fəaliyyəti bir illik dayandırılıb