Tanınmış qapıçı vəfat edib

Tanınmış qapıçı vəfat edib

Viktor Çanov üçqat SSRİ çempionu idi
 
Ukraynanın "Şaxtyor" (Donetsk) və "Dinamo" (Kiyev) klublarının keçmiş qapıçısı Viktor Çanov 57 yaşında dünyasını dəyişib.
 
"Report" xəbər verir ki, ötənlərin məşhur futbolçusunun nədən öldüyü deyilmir.
 
Çanov üçqat SSRİ çempionu olmaqla yanaşı (1985, 1986, 1990), həm də beş dəfə SSRİ Kubokunun (1980, 1982, 1985, 1987, 1990) qalibidir.
 
Qapıçı SSRİ yığmasının heyətində 21 oyun keçirib və 8 qol buraxıb.
 
O, 1995-ci ildən məşqçilik karyerasına başlayıb. /

Google+ WhatsApp ok.ru