Tanzaniyada İmam Hüseynə (ə) əzadarlıq; Fərqli formada – FOTO 09 Oktyabr 2016 01:00 Məhərrəmlik Tanzaniya şiələri Məhərrəm ayında xüsusi mərasimlər təşkil edirlər və əzadarlıqla yanaşı həmdə məzhəblərini təbliğ edirlər. Maide.Az xəbər verir ki, Tanzaniyada yaşayan şiələr məhərrəm ayında əzadarlıqla yanaşı hər tayfa xüsusi və fərqli mərasimlər təşkil edir. Belə ki, Tanzaniyada əzadarlıq növündən biri budur ki, Peyğəmbərin (s) hədislərini nümayişgəranə şəkildə insanlara çatdırırlar. Onlar əllərində Quran və üzəri Əhli-Beyt (ə) adları ilə bəzədilmiş ələmlər götürərək xiyabanları gəzirlər. Bu yürüşləri ilə İmam Hüseynin (ə) haqq olduğunu insanlara çatdırırlar və Peyğəmbərdən (s) hədislər nəql edirlər. Tanzaniyadan olan Məhəmməd Abbas öz feysbuk səhifəsində aşağıdakı şəkili yayımlayaraq Peyğəmbərin (s) bu hədisini nəql edib.” Mən sizin aranızda iki canişin (tərk edirəm) qoyub gedirəm.Göylə yer arsanında yaxud göydən yerə qədər çəkilmiş Allahın ipi olan Quran və mənim itrətim olan Əhli beyt.Onlar (Kövsər) hovuzun kənarında mənə gəlib çatana qədər bir birlərindən ayrılan deyillər.” Teqlər : #Tanzaniyada İmam Hüseynə (ə) əzadarlıq; Fərqli formada – FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru MƏHƏRRƏM AYININ 7-Cİ GÜNÜ İran-Cənubi Koreya futbol oyununda meydanda 600 metrlik `Ya Hüseyn` bayrağı dalğalanacaq