Türkiyə liqasında oynayan futbolçu müsəlman olur

Türkiyə liqasında oynayan futbolçu müsəlman olur

Türkiyənin "Manisaspor" klubunun yeni mövsüm öncəsi Konqo klubundan transfer etdiyi Krist Olsen Bakaki, müsəlman olacağını deyib.
 
Maide.Az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, "Manisaspor"un yeni mövsüm öncəsi Konqo komandası "Diables Noirs Brazzaville" klubundan rənglərinə bağladığı 
xristian olan Bakaki, komanda yoldaşları Malili Mustafa Konde və Mamadou Sangare ilə birlikdə məscidə gedərək İslam dininə keçmək üçün müraciət edib.
 
Bakaki bildirib ki, islamı seçməklə doğru yolu tapdığıma inanıram. İçimdə islama qarşı istək var idi. Konqodakı klub prezidentimin adı Bilal idi. Onun adını daşıyacam. Həmçinin müsəlman bir qızla da evlənmək istəyirəm.
 

Google+ WhatsApp ok.ru