Uşağınızın üstün zəkalı olduğunu necə anlaya bilərsiniz?

Uşağınızın üstün zəkalı olduğunu necə anlaya bilərsiniz?

Üstün zəkalı bir uşağa sahib olmaq valideynlər üçün fəxr olsa da, amma bu özü bir sıra çətinliklərə səbəb ola bilər.
 
Maide.Az valideynin öz övladının zəkalı olmasının təsbitetmə formalarını təqdim edir. 
 
Uşağınız elə körpəlikdən etibarən bəzi fərqli davranışlar nümayiş etdirə bilər. Siz valideynlər olaraq bu fərqliliklərin fərqinə vararaq onu doğru şəkildə istiqamətləndirməli və gələcəyi ilə bağlı doğru qərarlar verməlisiniz.
• Körpəlik dövründə digər körpələrə görə bədən strukturları daha inkişaf etmiş ola bilir.
• Ana və atasıyla daha tez göz təması qururlar və özlərinə daha tez nəzarət edə bilirlər.
• İrəliləyən aylarda öz yaşıdlarından daha sürətli bir inkişaf təmin edirlər. Gəzməsi, danışması və öz ehtiyaclarını qarşılaya bilmə səyi digər uşaqlara nisbətən daha sürətlə reallaşır.
• Öyrənməyə, təbiəti araşdırmağa, sual soruşmağa daha həvəsli və maraqlı olurlar.
• Məktəbdən öncə oxuma, yazma kimi bir çox şeyləri daha sürətli öyrənirlər.
 • Parlaq zəkalı uşaq isə üstün zəkalı uşaqlardan bir az daha fərqli olurlar. Onlar da həyatlarında, məktəbdə daha çox müvəffəqiyyətli olurlar.
 
Uşağınızın üstün zəkalı olduğuna əmin olmaq üçün bəzi testlər etdirmək daha doğru nəticələr almaq imkanı verir. 0-6 yaş arasında uşaqlara "Denver İnkişaf" testini etdirə bilərsiniz. Beləcə testin nəticəsinə görə, uşağınızın gələcəyini mütəxəssis kəslərin təklifləri ilə daha doğru bir şəkildə istiqamətləndirə bilərsiniz.
 
Ailə olaraq əgər belə bir uşağınız var isə, etməniz lazım olan şeylər bunlardır:
• Uşağınızın maraqlandığı şeylər haqqında ona doğru cavabları vermək lazımdır.
• Təbiətə, elmə, biliyə və hətta kosmosa qarşı inanılmaz marağı olan üstün zəkalı uşaqlar üçün onların maraq sahələrinə uyğun oyuncaqlar alınmalı və onları bu istiqamətə doğru yönləndirməlisiniz. (mynet.com) /

Google+ WhatsApp ok.ru