Ukraynada milisin qətlinə görə iki azərbaycanlıya hökm oxundu

Lvovun Sıxov rayon məhkəməsi Dövlət Yol Müfəttişliyi əməkdaşının keçən il noyabrın 19-da Sıxovda törədilmiş qətlində təqsirkar bilinənlərə dair qərar qəbul edib. Cinayətə görə iki 22 yaşlı azərbaycanlı mühakimə edilərək doqquz və altı il müddətində azadlıqdan məhrum ediliblər.
 
"Faktı i kommentarii" xəbər verir ki, bundan başqa, onlar qurbanın ailəsinə (anası, arvadı və uşağına) 150 milyon qriven cərimə ödəməlidirlər. Üçüncü - 24 yaşlı şəxs bəraət qazanıb.  
 
Mübahisə axşam saatlarında kafedə baş verib. Şahidlərin sözlərinə görə, DYM-nin 26 yaşlı əməkdaşı Oleq Torba mülki geyimdə orada şam yeməyində olub. Kafeyə yerli "Şuvar" bazarında tərəvəz satan üç içkili qafqazlı (qardaşlar) gəlib. Onların yanında qız da olub.
 
Onlar özlərini çox diqqətçəkici aparıb və bərkdən söyüş söyüblər. Qonşu stolda oturan hüquq-mühafizə orqanı əməkdaşı onlara yaxınlaşaraq xidməti vəsiqəsini göstərərək onlardan sakit olmalarını xahiş edib. Bu xahiş (məhkəmənin fikrincə) iki azərbaycanlıya xoş gəlməyib.
 
Bundan sonra onlar milisin küçəyə çıxmasını gözləyiblər, və ona "Naş" supermarketinin yanında hücum ediblər. Başından vurulan zərbə ilə yerə yıxılan Oleqi təpikləməyə başlayıblar. Baş verənləri satıcıların tanışı olan qız - Odessa sakini mobil telefona çəkib.
 
Kirayə qaldıqları mənzildə gizlənən qatilləri həmin gün saxlayıblar, şahidlər və videokameraya çəkilən dəlillər yetərli olub.(oxu.az)

Google+ WhatsApp ok.ru